Azərbaycan mətbuatının tanınmış dizayneri vəfat edib

Azərbaycan mətbuatının tanınmış dizayneri vəfat edib Onun beyninə qan sızıb
Media
3 Yanvar , 2018 14:29
Azərbaycan mətbuatının tanınmış dizayneri vəfat edib

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycan mətbuatının tanınmış dizayneri Fuad Həsənov dünyasını dəyişib.

“Report”un xəbərinə görə, o, 43 yaşında vəfat edib.

Xatırladaq ki, F.Həsənovun beyninə qan sızıb. O, bir neçə gün öncə komaya düşmüşdü.

Qeyd edək ki, F.Həsənov “Ədalət”, “Hürriyyət”, “7 Gün” qəzetlərində, fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupuna daxil olan “ANS Press” saytında dizayner işləyib. Sonuncu iş yeri “Daşınmaz əmlak” jurnalı olub.

F.Həsənovun həyat yoldaşı Marina Səttarbəyli də əvvəllər jurnalist olub. Onların üç övladı var.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi