Azərbaycan gömrükçüləri avtomobildən 4 ədəd mobil telefon aşkar edib

Azərbaycan gömrükçüləri avtomobildən 4 ədəd mobil telefon aşkar edib Faktla bağlı araşdırma aparılır
Media
5 İyun , 2017 12:42
Azərbaycan gömrükçüləri avtomobildən 4 ədəd mobil telefon aşkar edib
Customs.gov.az

Bakı. 5 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-2106" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı avtomobilin salonunun damından 4 ədəd "Samsung Galaxy A3"markalı mobil telefonar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi