​Azərbaycan dünya informasiya agentliklərinin sammitində iştirak edib

​Azərbaycan dünya informasiya agentliklərinin sammitində iştirak edib Görüşdə dünyanın 25 ölkəsindən 50 xəbər xidmətinin rəhbəri iştirak edib
Media
19 İyun , 2015 05:30
​Azərbaycan dünya informasiya agentliklərinin sammitində iştirak edib

Bakı. 19 İyun. REPORT.AZ/ TASS informasiya agentliyinin dəvəti ilə dünyanın 25 ölkəsindən olan böyük xəbər xidmətlərinin rəhbərləri Rusiyada keçirilən informasiya agentliklərinin sammitində iştirak ediblər.

"Report" xəbər verir ki, "Media VS biznes: tərəfdaşlar yoxsa rəqiblər?" adı altında keçirilən dünya informasiya agentlikləri sammiti müasir dünyada media və biznesin qarşılıqlı fəaliyyətinə həsr olunub.

Görüşdə dünyanın 25 ölkəsinin təqribən 50 xarici xəbər xidmətinin rəhbəri iştirak edib. Bu ölkələr arasında Fransa, Türkiyə, İtaliya, ABŞ, Azərbaycan, Belarus, Bəhreyn, Kanada, Kipr, Almaniya, İspaniya, Livan, Xorvatiya, Hindistan, Yaponiya, Portuqaliya, Makedoniya, Kuba, Böyük Britaniya, Serbiya, Çin, Cənubi Koreya və Rusiya da təmsil olunurdu. 

Müzakirələr zamanı yaxın gələcəkdə qlobal informasiya məzmununun formalaşdırılması prinsipləri, dünya informasiya gündəliyinin başlıca iqtisadi proseslərə təsiri, həmçinin medianın müxtəlif ölkələrdə iqtisadi hadisələrin işıqlandırılması zamanı obyektivlik məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi