Azər Xəlilov: “CBC kanalına da rəhbərliyi hələlik özüm edirəm”

Azər Xəlilov: “CBC kanalına da rəhbərliyi hələlik özüm edirəm” “Yaxın gələcəkdə ATV üçün hansısa dəyişikliklərin edilməsi barədə danışmaq tezdir”
Media
27 Sentyabr , 2017 16:56
Azər Xəlilov: “CBC kanalına da rəhbərliyi hələlik özüm edirəm”

Bakı. 27 sentyabr. REPORT.AZ/ “CBC kanalına da rəhbərliyi hələlik özüm edirəm”.

Bunu “Report”a açıqlamasında Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin yeni prezidenti Azər Xəlilov deyib.

O deyib ki, ATV-də üç nəfərdən başqa ərizə yazaraq işdən çıxmaq istəyən olmayıb.

A.Xəlilov onu da qeyd edib ki, iki verilişdən (“Yoxlama” və “ATV səhər”) başqa, hansısa proqramın bağlanması barədə heç bir qərar qəbul olunmayıb: “Hazırda gərgin iş rejimi olduğundan yaxın gələcəkdə ATV üçün hansısa dəyişikliklərin edilməsi barədə danışmaq tezdir”. 

Son xəbərlər

Orphus sistemi