Yuxarı
    Bağlamaq

    AzərTAc-la xarici ölkələrin xəbər agentlikləri arasında əməkdaşlığa dair sazişlər imzalanıb

    Sənədlərə əsasən, AzərTAc ilə bu agentliklər arasında xəbərlərin mübadiləsi həyata keçiriləcək

    Bakı. 3 oktyabr. REPORT.AZ/ IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Vyetnam Xəbər Agentliyi (VNA), Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi, Malayziya Milli Xəbər Agentliyi (BERNAMA) arasında əməkdaşlıq haqqında sazişlər, Birləşmiş Ərəb Əmirlikləri İnformasiya Agentliyi (WAM) arasında isə əməkdaşlıq və informasiya mübadiləsi sahəsində Anlaşma Memorandumu imzalanıb.

    “Report”un məlumatına görə, sənədləri AzərTAc-ın baş direktoru Aslan Aslanov, VNA-nın baş direktoru Nquyen Duk Loi, “Kazinform”un baş direktoru Dauren Diyarov, BERNAMA-nın baş direktoru Yonq So Heonq, WAM-ın baş direktoru Camal Nasser əl-Suvayder imzalayıblar.

    Sənədlərə əsasən, AzərTAc ilə bu agentliklər arasında xəbərlərin mübadiləsi həyata keçiriləcək, qazanılmış təcrübələrdən yararlanmaq üçün əməkdaşların qarşılıqlı səfərləri təşkil olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi