Yuxarı
    Bağlamaq

    Azərbaycan Mətbuat Şurası müsabiqə elan edib

    Mükafatlar noyabrın 25-də Şəki şəhərində keçiriləcək sənədli filmlər festivalında təqdim ediləcək

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası noyabr ayında Şəkidə ölkənin tanınmış kinorejissoru, kinooperatoru, ssenaristi, respublikanın xalq artisti Rasim Ocaqovun xatirəsinə həsr edilən sənədli filmlər festivalı keçirəcək.

    Şuradan “Report”a verilən məlumata görə, festivalı keçirməkdə məqsəd həyatın müxtəlif sahələrinə aid düşündürücü, tamaşaçıları ictimai əhəmiyyət daşıyan problemlərin həllinə istiqamətləndirən ekran əsərlərinin çəkilişinə töhfə vermək, mövcud istiqamətdə araşdırmaçı yaradıcılıq dəst-xəttini stimullaşdırmaqdır. Təqdim olunan filmlər üçün mövzunun aktuallığı, bədii-publisistik duyum, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın dolğunluğu, ifadə vasitələrinin zənginliyi, informasiyalılıq xüsusiyyətləri nəzərə alınacaq. Qiymətləndirmə Mətbuat Şurasının yaratdığı və tərkibi tanınmış kino mütəxəssislərinin və jurnalistlərin daxil olduğu Münsiflər Heyəti tərəfindən aparılacaq. Təqdim olunmuş sənədli filmlər bir neçə nominasiya üzrə mükafatlandırılacaq. Müsabiqəyə 40 dəqiqəyə qədər davamiyyət müddəti olan filmlər buraxılacaq. Qəbul 15 oktyabr-15 noyabr müddətində Mətbuat Şurasının ofisində aparılacaq. Mükafatlar noyabrın 25-də Şəki şəhərində keçiriləcək və Rasim Ocaqovun xatirəsinə həsr olunacaq sənədli filmlər festivalında təqdim ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi