Yuxarı

“Avto FM” radiosu yeni adla fəaliyyətə başlayıb

Hazırda radio test rejimində fəaliyyət göstərir

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda 107.7 FM tezliyində yayımlanan “Avto FM” radiosunun yeni adı məlum olub.

Bu barədə “Report”a radiodan məlumat verilib.

Məlumata görə, yeni radionun adı “AvtoRadio”dur.

Radio yeni adla bu gün saat 11:30-dan etibarən 107.7 FM tezliyində test rejimində fəaliyyətə başlayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında “Avto FM” radiosu yayımını dayandırıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova “Report”a bildirib ki, sentyabrın 1-də “Avto FM” MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: “Sadəcə “Avto FM” MMC ilə müqaviləyə xitam verilib. Ancaq işçilər işdən azad edilməyib. Eyni heyət yenə də öz işini davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeçiliyindədir”.

Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan "Avto FM" 107.7. MHz tezliyində yayımlanırdı.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-cü il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi