Avropa Şuranın İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri Mətbuat Şurasında olub

Avropa Şuranın İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri Mətbuat Şurasında olub Görüşdə media peşəkarlığının, söz və ifadə azadlığının müxtəlif tərəfləri ilə bağlı fikir mübadiləsi aparılıb
Media
20 Dekabr , 2016 19:50
Avropa Şuranın İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri Mətbuat Şurasında olub

Bakı 20 dekabr. REPORT.AZ/ Avropa Şuranın İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri Leila Marşania Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

Şuradan "Report"a verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə həyata keçirdiyi təşəbbüslərin uğurlu olduğunu bildirib, bu baxımdan "İfadə azadlığı və media azadlığı" layihəsinin də kifayət qədər faydalı nəticələr verdiyini diqqətə çatdırıb.

Ə.Amaşov bir qrup media nümayəndəsinin may ayında Avropa Şurasının struktur bölmələrində, eləcə də Avropa Məhkəməsində keçirilən təlimlərə qatıldığını, Bakıda və ölkəmizin müxtəlif rayonlarında jurnalistlər üçün söz və ifadə azadlığının, peşəkarlığın müxtəlif aspektlərinə dair seminarların təşkilini vurğulayıb.

Avropa Şuranın İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri L.Marşaniada Mətbuat Şurası ilə birgə əməkdaşlıqdanməmnunluğunubildirib. "İfadə azadlığı və media azadlığı" layihəsi çərçivəsində reallaşdırılmış təşəbbüslərin davamlılığının zəruriliyini vurğulayan qonaq təmsil etdiyi qurumun mövcud istiqamətdəki əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.

Görüşdə media peşəkarlığının, söz və ifadə azadlığının müxtəlif tərəfləri ilə bağlı fikir mübadiləsi aparılıb, perspektiv əməkdaşlığın ayrı-ayrı cəhətlərinə diqqət yetirilib.

Son xəbərlər

Orphus sistemi