Yuxarı

​ATV-nin tanınmış aparıcısının ANS-ə qarşı apellyasiya şikayəti təmin edilməyib

Prosesdə hər iki tərəfin müdafiəçiləri çıxış edib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) tanınmış aparıcısı İlkin Həsəninin ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

“Report” xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin müdafiəçiləri çıxış edib.

Prosesdə aparıcı İlkin Həsəni iştirak etməyib. Onun hüquqlarını vəkil İlham Əlizadə müdafiə edib.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, 2015-ci ilin yayında İlkin Həsəni ANS telekanalının ünvanına “Facebook” sosial şəbəkəsində təhqiramiz ifadələr yazıb. Həmin statusa görə, ANS şirkəti aparıcını məhkəməyə verərək maddi zərərin, təşkilatın və onun əməkdaşlarının subyektiv hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

Nəsimi Rayon Məhkəməsi iddia tələbini qismən təmin edib. İ.Həsəni də sosial şəbəkədə ANS şirkətindən üzr istəyib. Lakin məhkəmə qərarı ilə razılaşmayan tanınmış aparıcı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi