ATƏT-ə üzv ölkələrdə söz və media azadlığının vəziyyəti müzakirə edilib

ATƏT-ə üzv ölkələrdə söz və media azadlığının vəziyyəti müzakirə edilib Bakı. 13 sentyabr. REPORT.AZ/ Polşanın paytaxtı Varşava şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı keçirilib.
Media
13 Sentyabr , 2018 19:36
ATƏT-ə üzv ölkələrdə söz və media azadlığının vəziyyəti müzakirə edilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Polşanın paytaxtı Varşava şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı keçirilib.

"Report" xəbər verir ki, toplantında ATƏT-in üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Toplantının ikinci günündə ATƏT-in üzvü olan ölkələrdə söz və media azadlığının vəziyyəti müzakirəyə çıxarılıb. "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək Azərbaycanda söz və media azadlığı sahəsində görülən işlərdən danışıb. 

O qeyd edib ki, konfransda Azərbaycana qarşı qərəzli və reallıqdan uzaq fikirlər səsləndirilir: "Azərbaycan hökuməti ölkədə media azadlığının təminatçısıdır: "Azərbaycanda cəmi bir günə müvafiq dövlət qurumuna informasiya xarakterli bildiriş göndərməklə qəzet və jurnal təsis etmək mümkündür. Hazırda ölkəmizin internet media məkanında yüzlərlə xəbər portalı mövcuddur. Jurnalistlər bütün yüksək vəzifəli rəsmi şəxsləri tənqid etməkdə azaddırlar. Bəzi şəxslər isə öz qanunsuz əməllərini jurnalistika fəaliyyəti ilə pərdələmək istəyirlər. Azərbaycanda heç bir jurnalist yazdığı yazıya görə həbs edilməyib".

Son xəbərlər

Orphus sistemi