Bakı. 5 yanvar. REPORT.AZ/ “ASAN Radio” vakant vəzifələri tutmaq üçün işə qəbul elan edib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, vakant yer aparıcı, redaktor, müxbir, texniki işçi, marketinq üzrə mütəxəssis vəzifələrinədir.
Maraqlananlar CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Seçilən namizədlər yanvarın 18-də müsahibəyə dəvət olunacaqlar.