ASAN Radio şimal bölgəsində yayıma başlayıb

ASAN Radio şimal bölgəsində yayıma başlayıb Bakı. 3 aprel. REPORT.AZ/ ASAN Radio şimal bölgəsində yayıma başlayb.
Media
3 Aprel , 2018 17:07
ASAN Radio şimal bölgəsində yayıma başlayıb

Bakı. 3 aprel. REPORT.AZ/ ASAN Radio şimal bölgəsində yayıma başlayb.

"Report"un məlumatına görə, ASAN Radionu 96.5 FM dalğasında Quba, Xaçmaz, Qusar, Xudat, Nabran və ətraf ərazilərdə dinləmək mümkündür.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, yaradılan ASAN Radionu 96.5 FM-də, həmçinin Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ və digər iri şəhər və rayonlarda da dinləmək olar.

ASAN Radionu Bakı və Abşeron yarımadasında və Sumqayıtda 100.0 Mhz tezliyində, Cənub və Aran bölgəsində - Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında isə 92.7 Mhz tezliyində dinləmək mümkündür.

Hazırda ASAN Radionun yayım dairəsi Azərbaycan Respublikası bölgələrinin 65-70%-ni əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ASAN Radio dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Son xəbərlər

Orphus sistemi