Yuxarı
    Bağlamaq

    “ASAN Radio”nun 2 yaşı münasibətilə konsert proqramı keçiriləcək - VİDEO

    ​ASAN Radio iki yaşını qeyd edir

    Bakı. 21 dekabr. REPORT.AZ/ ASAN Radionun 2 yaşı münasibətilə “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının səhnəsində “2 il Sizinlə” adlı möhtəşəm konsert proqramı keçiriləcək.

    Radiodan "Report"a verilən məlumata görə, konsert dekabrın 23-ü saat 16:00-da başlayacaq.

    Bundan başqa, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni ili, həmçinin, ASAN xidmətin 5, ASAN Radionun isə 2 yaşı “Quba ASAN həyat kompleksi”ndə möhtəşəm konsertlə qeyd olunacaq. Röya dekabrın 29-u saat 16:00-da Qubada “ASAN-la röyalarınızı gerçəkləşdirəcək!” adlı konsert verəcək.

    Dekabrın 24-ü - ASAN Radionun yarandığı gün radioda xüsusi bayram buraxılışları təqdim ediləcək.

    Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 2015-ci il dekabrın 24-ü yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. ASAN Radio sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir.ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. ASAN Radioda Avropa İttifaqının dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə “AvropadASAN” adlı veriliş yayımlanır.

    ASAN Radio həm də gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçir.

    ASAN Radio hər zaman dinləyicisinə zövqlü milli və dünya musiqiləri təqdim edir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir.

    ASAN Radio həm də bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır.

    ASAN Radio Bakı və Abşeron yarımadası, Sumqayıtda 100 FM-də, Cənub və Aran bölgəsində -Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında 92.7 FM-də, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ və digər iri şəhər və rayonlarda 96.5 FM-də yayımlanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi