Yuxarı

ANS TV-yə yeni baş redaktor təyin edilib - FOTO

Bundan əvvəlki baş redaktor Mir Şahin Ağayev olub

Bakı. 2 iyun. REPORT.AZ/ ANS Müstəqil Yayım və Media Şirkətində yeni təyinat olub.

Şirkət prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, ANS TV-nin baş redaktoru vəzifəsinə şirkətin keçmiş əməkdaşı Fidan Quliyeva təyin edilib.

M.Məmmədovun sözlərinə görə, Fidan Quliyeva dünəndən vəzifəsinin icrasına başlayıb.

“Çox şadıq ki, Fidan yenidən ANS-ə qayıdıb” - deyə, Mais Məmmədov əlavə edib.

Xatırladaq ki, uzun müddət ANS TV-də yayımlanan “İç xəbər” verilişində aparıcı kimi fəaliyyət göstərən F.Quliyeva televiziyadan ayrılaraq “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqəlar şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi