​MTRŞ ANS TV-yə xəbərdarlıq edib

​MTRŞ ANS TV-yə xəbərdarlıq edib Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib
Media
16 Dekabr , 2014 17:46
​MTRŞ ANS TV-yə xəbərdarlıq edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, iclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

ANS televiziyasında 11 dekabr 2014-cü il tarixində saat 16:30-19:00 radələrində efirə getmiş olan “Adam içində” verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 2.8-ci bəndinə zidd olaraq ədəbsiz ifadələrdən (saat 17:40, 17:44) istifadə edildiyinə görə “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi