​ANS-in yayımı dayandırılıb, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları televiziyadadır

​ANS-in yayımı dayandırılıb, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları televiziyadadır Telekanalın bağlanmasına səbəb Ərdoğan əleyhinə təbliğat aparması və Fətullah Güləndən müsahibə almasıdır
Media
18 İyul , 2016 20:01
​ANS-in yayımı dayandırılıb, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları televiziyadadır

Bakı. 18 iyul. REPORT.AZ/ ANS televiziya kanalının Azərbaycan daxilində yayımı dayandırılıb.

"Report"yn xəbərinə görə, bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ANS şirkətinə gediblər. Hazırda bu məsələ ilə əlaqədar müvafiq işlər aparılır.

ANS prezidentinin müşaviri Mais Məmmədov "Report"a açıqlamasında bildirib ki, hazırda məzuniyyətdədir və məsələdən xəbəri yoxdur.

ANS-in yayımının dayandırılmasına səbəb televiziyanın Türkiyədəki hərbi çevriliş cəhdindən sonra bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə apardığı təbliğat və nurçuların ABŞ-da yaşayan lideri Fətullah Güləndən müsahibə almasıdır. 

Son xəbərlər

Orphus sistemi