Bakı. 11 mart.
"Report"un məlumatına görə, ANS Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətləri verib.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclaslar martın 16-na, 17-nə və 18-nə təyin edilib. İşlərə hakim Mirpaşa Hüseynovun, Sahibxan Mirzəyevin, Rizvan Səfərovun və Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, MTRŞ 23 dekabr 2015-ci il tarixində ANS-ə qarşı inzibati tənbeh vermə haqqında qərarlar çıxarıb. Həmin qərarlardan ANS Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qərarları qüvvədə saxlayıb. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib.