Yuxarı
    Bağlamaq

    ​ANS-in MTRŞ-ya qarşı iddiası üzrə daha səkkiz qərar elan olunub

    İşlərin hər biri yenidən baxılması üçün Şuraya göndərilib

    Bakı. 16 fevral. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha səkkiz inzibatı iddiasına baxılıb. 

    "Report"un məlumatına görə, prosesdə qərarlar elan olunub. Qərarlara əsasən, işlərin hər biri yenidən baxılması üçün MTRŞ-ya göndərilib.

    Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 05 oktyabr 2015-ci il və 13 oktyabr 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. On dörd şikayət üzrə Səbail Rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi