​ANS-in MTRŞ-ya qarşı daha dörd apellyasiya şikayətinə baxılıb

​ANS-in MTRŞ-ya qarşı daha dörd apellyasiya şikayətinə baxılıb ANS-in apellyasiya şikayətləri yenə təmin edilməyib
Media
17 Mart , 2016 11:30
​ANS-in MTRŞ-ya qarşı daha dörd apellyasiya şikayətinə baxılıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha dörd inzibati iddiasına baxılıb.

"Report"un məlumatına görə, ayrı-ayrı hakimlərin - Qədim Babayev, Mirzəli Abbasov, İlqar Murquzov və Rizvan Səfərovun sədrliyi ilə keçirilən proseslərdə qərarlar elan edilib.

Qərarlara əsasən, ANS-in apellyasiya şikayətləri yenə təmin edilməyib. Qərarlar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, MTRŞ 23 dekabr 2015-ci il tarixində inzibati tənbeh vermə haqqında qərarlar çıxarıb. Həmin qərarlardan ANS Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin qərarları ləğv edərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün Milli Televiziya və Radio Şurasına göndərib. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti həmin məhkəmə qərarlarından apellyasiya şikayəti verib.

Xatırladaq ki, daha əvvəl də Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-nın 23 dekabr 2015-ci il tarixində inzibati tənbeh vermə haqqında iki qərarından verilmiş apellyasiya şikayətlərinə baxılıb. Məhkəmə ANS-in apellyasiya şikayətlərini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi