ANS-in MTRŞ-ya qarşı apellyasiya şikayətinə baxılıb - YENİLƏNİB

ANS-in MTRŞ-ya qarşı apellyasiya şikayətinə baxılıb - YENİLƏNİB İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib
Media
1 Fevral , 2016 19:24
ANS-in MTRŞ-ya qarşı apellyasiya şikayətinə baxılıb - YENİLƏNİB

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Bu barədə “Report"a ANS Müstəqil Yayım və Media Şirkətinin nümayəndəsi Yalçın Hacızadə məlumat verib.

Vəkil bildirib ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub: “Qərara əsasən, Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib”.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 13 oktyabr 2015-ci il tarixli 10/4 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddianı təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, ötən həftə Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı səkkiz apellyasiya şikayətləri üzrə məhkəmə iclasları keçirilib. Həmin məhkəmə iclaslarında da Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi