Məhkəmə ANS-in Milli Televiziya və Radio Şurasına qarşı iddiasını təmin etməyib

Məhkəmə ANS-in Milli Televiziya və Radio Şurasına qarşı iddiasını təmin etməyib Prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib
Media
12 Noyabr , 2015 18:07
Məhkəmə ANS-in Milli Televiziya və Radio Şurasına qarşı iddiasını təmin etməyib

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətinə baxılıb.

"Report"un əməkdaşı xəbər verir ki, hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib.

Sonda məhkəmənin qərarı açıqlanıb. Qərara əsasən, ANS-in MTRŞ-ya qarşı iddiası təmin edilməyib.

Qeyd edək ki, MTRŞ bir müddət əvvəl ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu nəzərə alaraq, ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi. ANS həmin qərarın ləğv edilməsini istəyirdi.

Son xəbərlər

Orphus sistemi