Yuxarı

ANS-in keçmiş 5 əməkdaşı AzTV-də işə başlayıb - SİYAHI

Keçmiş operatorların da AzTV-də işə götürüləcəyi bildirilir

Bakı. 26 dekabr. REPORT.AZ/ Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) işə başlayıblar.

"Report" xəbər verir ki, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.

Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AzTV-də işə götürüləcəyi bildirilir.

AzTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi