​ANS-də yayımı dayandırılan verilişlərlə bağlı faktlar Mirşahin Ağayevi təəccübləndirib

​ANS-də yayımı dayandırılan verilişlərlə bağlı faktlar Mirşahin Ağayevi təəccübləndirib "Əgər veriliş əvvəlki formatda efirə qayıdarsa, MTRŞ daha ciddi tədbirlər görəcək"
Media
1 Oktyabr , 2015 13:42
​ANS-də yayımı dayandırılan verilişlərlə bağlı faktlar Mirşahin Ağayevi təəccübləndirib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS televiziyasında yayımlanan "Xoşqədəmlə axtarıram səni" və "Sən tək deyilsən" verilişlərində efirə verilən bəzi məqamlarla bağlı açıqladığı faktlar ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev üçün də sürpriz olub. 

Bu barədə "Report"a açıqlamasında MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, M.Ağayev açıqlanan bəzi faktlardan özü də təəccüblənib: "Mirşahin Ağayev verilişdə yayımlanan bəzi faktlardan xəbərsiz olduğunu, həmin dövr ərzində işə çıxmadığını bildirdi. Vitse-prezident təhlil etmək üçün qeyd olunan faktların bir nüsxəsini istədi".

T.Dadaşov onu da bildirib ki, "Xoşqədəmlə axtarıram səni" və "Sən tək deyilsən" verilişləri yalnız formatlarını tamamilə dəyişərsə, yenidən davam etdirilə bilər. Onun sözlərinə görə, əgər veriliş əvvəlki formatda efirə qayıdarsa, MTRŞ daha ciddi tədbirlər görəcək: "Kanalın rəhbəliyi də verilişi yayımlamaq fikrində deyil. Mirşahin Ağayev ANS-in bu verilişlərin yayımını tamamilə dayandıracağını açıqladı. Qurum tərəfindən bildirilib ki, hər iki veriliş məzmunlarını tamamilə dəyişdirdikləri halda, yenidən yayımalana bilərlər. Bu formatda onların yayımına icazə verilməyəcək".

T.Dadaşov onu da bildirib ki, yayımının dayandırılmasına qərar verilən hər iki verilişdə faktlar birtərəfli işıqlandırılıb, şikayət edənin fikri əsasında qarşı tərəf dinlənilmədən birtərəfliliyə yol verilib. Bu isə ədalət balansının pozulmasına yol açıb. Qurumu narahat edən başqa bir məsələ ekspertlərin təzyiqi altında efirə çıxarılan insanın ailə sirlərini tamamilə açmasına təhriklə bağlıdır. T.Dadaşov onu da əlavə edib ki, qanunda verilişə verilən tərifə görə, burada qoyulan mövzu təşkilati və tematik baxımdan həmin verilişin yayımı müddətində başa çatmalıdır: ""Sən tək deyilsən" və "Axtarıram səni" verilişlərində qoyulan mövzular, müzakirələr bəzən sona çatdırılmırdı. Serial kimi digər verilişlərə saxlanılırdı. Bu hal tamaşaçının həyəcan keçirməsinə, boş yerə intizarda qalmasna, bilavasitə, psixoloji narahatçılığına səbəb olurdu".

T.Dadaşovun sözlərinə görə, istər ATV-də yayımlanan "Öz aramızda" verilişi, istərsə də yayımına oktyabrın 5-dən qadağa qoyulan digər verilişlər cəmiyyətdə narazılıqla qarşılanırdı: "Bu, MTRŞ-nin "qaynar xətti"nə gələn zənglərdə və bilavasitə edilən müzakirələrdə özünü göstərirdi". 

Son xəbərlər

Orphus sistemi