Yuxarı

Analoq televiziya yayımının dayandırılmasından sonra "qaynar xətt"ə 20 mindən çox müraciət daxil olub

Gün ərzində 4 mindən çox müraciət daxil olur

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımının dayandırılmasından sonra əhalinin müraciətlərini qəbul etmək üçün yaradılan 14-11 nömrəli "qaynar xətt"ə gün ərzində 4-5 min müraciət daxil olur.

Bu barədə "Report"a Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva məlumat verib.

O bildirib ki, yaradılan "Qaynar xəttə" noyabrın 1-dən bu günədək 20 mindən çox müraciət daxil olub: "Əhalinin müraciətlərini qəbul etmək üçün 11 telefon xidmət göstərir. Ötən cümə günü 5000, şənbə günü 4175, bazar günü isə 3790 müraciət daxil olub. Əhali dekoderlərin necə quraşdırılması, harada satılması və s. ilə bağlı suallar ünvanlayır. İB-nin e-mail ünvanına da müraciətlər olur".

Qeyd edək ki, noyabrın 1-dən Bakı və Abşeron ərazisində analoq yayım dayandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi