Yuxarı
    Bağlamaq

    "Anadolu" Agentliyinin yaradılmasından 97 il ötür

    Agentliyin Bakı ofisinin rəhbəri: Burada 74 millətin nümayəndəsi ilə birlikdə çalışırıq

    Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin "Anadolu" Agentliyinin yaranma günüdür.

    "Report"un məlumatına görə, Türkiyənin dövlət agentliyinin yaradılmasından 97 il ötür. 

    Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tövsiyəsi ilə 1920-ci il aprelin 6-da fəaliyyətə başlayan agentlik türk xalqının başını qara buludların aldığı bir vaxtda ərsəyə gəlib.

    "Anadolu" Agentliyinin Bakı ofisinin rəhbəri Tolqa Özgənc "Report"a bildirib ki, Qurtuluş savaşında milli şüurun formalaşmasına önəmli töhfə verən agentlik bütün çətinliklərə baxmayaraq, dünyanın aparıcı media qurumları arasında özünə layiqli yer tuta bilib.

    Onun sözlərinə görə, 97 yaşlı agentlik bu gün Türkiyə ilə yanaşı, həm də məzlum millətlərin səsini dünyaya çatdırmaq vəzifəsini öhdəsinə götürüb: "Anadolu"nun dünyanın 86 ölkəsində müxbiri, 45 ölkədə abunəçisi var. Hazırda 11 dildə yayım həyata keçirən agentlik bu il ispan dilində də xəbərlər təqdim etməklə fəaliyyət göstərdiyi dillərin sayını 12-yə çatdırmış olacaq".

    T.Özgenc deyib ki, agentliyin Bakı ofisi Asiya-Qafqaz bölgəsinin mərkəzidir: "Rus dilində yayım mərkəzimiz Bakıdadır. Bakı ofisində çalışan əməkdaşlarımızın hamısı Azərbaycan vətəndaşlarıdır və biz birlikdə buradan dünyanın xəbər gündəmini rus dilində verməyə çalışırıq. "Anadolu"nun şüarı "Etibarlı xəbərin mənbəyi olmaq"dır. Bu prinsiplə beynəlxalq xəbər aləminə xəbər, foto və video yayırıq. Bu işlərimizi 74 millətin nümayəndəsi olan müxbirlərimizlə həyata keçiririk. Agentlik 97 yaşında sanki BMT kimi fəaliyyət göstərir. Fərqli millətlərdən olan müxbirlərimiz məzlum insanların haqlarını qorumaq, haqsızlığa dur demək, hakim qüvvələrin görmədiyini göstərmək üçün gecə-gündüz demədən çalışır. Dünyanın ən nüfuzlu xəbər agentliyi olana qədər var gücümüzlə çalışmağa davam edəcəyik".


    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi