Yuxarı

​"Anadolu" Agentliyinin müxbiri Suriyada həlak olub

Bazarda bomba yüklənmiş avtomobilin partlaması nəticəsində 30 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Anadolu" Agentliyinin müxbiri Salih Mahmud Leyla Suriyanın Hələb şəhərində bomba ilə yüklənmiş avtomobillə edilən hücum nəticəsində həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, ötən gecə Suriyanın Hələb şəhərinin Hireytan hissəsində, bazarda bomba yüklənmiş avtomobilin partlaması nəticəsində "Anadolu" agentliyinin müxbiri də daxil olmaqla 30 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Yaralılar Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşdirliblər.

Qeyd edək ki, Salih Mahmud Leyla bu ilin iyulunda Hələbin Cəmiyeti əz-Zəhra bölgəsindəki döyüşü izləyərkən üzündən yaralanıbmış, o, Türkiyədə müalicə olunduqdan sonra yenidən Suriyada peşə vəzifəsinin icrasını davam etdirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi