Yuxarı
    Bağlamaq

    Amerikalı jurnalist Azərbaycanla bağlı məqalə yazıb

    Nurit Greenger: Azərbaycana gələn hər bir kəs insanlar arasında harmoniya və birliyin mümkün olduğuna əmin olur

    Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanda səfərdə olan və "News Blaze", "Jeurusalem Post" və "Times of İsrael" mətbuat orqanlarının yazarı olan amerikalı jurnalist Nurit Greenger Azərbaycan haqqında növbəti məqalə yazıb.

    "Report"un məlumatına görə, məqalədə deyilir ki, Azərbaycana gələn hər bir kəs çox qısa zamanda insanlar arasında harmoniya və birliyin mümkün olduğuna əmin olur. Azərbaycan xalqı öz genlərində fəxarətlə harmonik mövcudluğu yaşadır.

    Şəhidlər xiyabanını ziyarət edən jurnalist qanlı yanvar faciəsində və Dağlıq Qarabağ uğrunda müharibədə həlak olanların qəbirlərindən danışır, Yanvar faciəsi və Qarabağ müharibəsinin sülhpərvər və qonşularına da hörmətlə yanaşan Azərbaycan xalqının tarixində ən kədərli məqamlardan biri olduğunu yazır.

    XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdən müsahibə alan Nurit Greenger Azərbaycanın xarici siyasətinin çoxşaxəli olduğunu qeyd edir.

    O, XİN-nin sözçüsünə istinadən Azərbaycanın tarixən böyük güclərin döyüş meydanı olduğunu, Azərbaycan xalqının buna görə çox əziyyətlər çəkdiyini və bu gün Azərbaycanın "tankların deyil bankların" danışmalı olduğu, yəni əməkdaşlıq və tərəfdaşlıq xarakterli siyasət yürütdüyünü yazır.

    Sonra müəllif Bakıdakı Katolik Kilsəsi, Sinaqoq, Təzə Pir Məscidinə ziyarətindən və Qafqaz Müsəlmanları İdarəsində Simran Həsənov ilə görüşlərindən söz açır. Simran Həsənov Azərbaycanda radikalizmin olmamasının səbəbləri və bu istiqamətdə dövlətin həyata keçirdiyi uğurlu siyasətdən danışır.

    Sonda müəllif oxuculara xitabən yazır: "Əgər siz müsəlman ölkələrinə səfər etmək istəyirsinizsə, məsləhətimə qulaq asın və Azərbaycana səyahət edin. Sizin bütün şüuraltı qərəzli fikirləriniz Azərbaycanın alicənab, mədəni və sivil insanların mühitində tamamilə əriyib gedəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi