AMEA ədəbi dilin normalarının pozulmasının qarşısının alınması ilə bağlı cərimə tətbiq edilməsi üçün təkliflər hazırlayır

AMEA ədəbi dilin normalarının pozulmasının qarşısının alınması ilə bağlı cərimə tətbiq edilməsi üçün təkliflər hazırlayır Monitorinq Qrupuna tapşırıq verilib
Media
6 Oktyabr , 2017 12:36
AMEA ədəbi dilin normalarının pozulmasının qarşısının alınması ilə bağlı cərimə tətbiq edilməsi üçün təkliflər hazırlayır
Mətbuat Şurasının sədri Əflatun Amaşov / Report/ Orkhan Azim

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ədəbi dilin normalarının pozulmasının qarşısının alınması ilə bağlı cərimə tətbiq edilməsi üçün təkliflər hazırlayır.

“Report”un xəbərinə görə, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

O, bununla bağlı Nəsimi adına Dilçilik İnstitutunun tərkibində fəaliyyət göstərən Monitorinq Qrupuna təkliflərin hazırlanaraq təqdim olunmasının tapşırıldığını deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında ədəbi dil normalarının pozulmasına cərimə tətbiq olunmasının vacibliyindən danışıb.

Son xəbərlər

Orphus sistemi