Yuxarı
    Bağlamaq

    AZӘRTAC-ın baş direktoru Avropa Xәbәr Agentliklәri Alyansının Sofiyada keçirilәn konfransında iştirak edir

    Xәbәr agentliklәri vә rәqәmsal tәrәfdaşlıqlar üçün strategiyalar, müxtәliflik, texnologiya, marketinq mövzusunda konfrans işə başlayıb

    Bakı. 23 aprel. REPORT.AZ/ Aprelin 23-dә Bolqarıstanın paytaxtı Sofiya şәhәrindә Avropa Xәbәr Agentliklәri Alyansının (EANA) vә Bolqarıstanın BTA xәbәr agentliyinin tәşkilatçılığı ilә "Xәbәr agentliklәri vә rәqәmsal tәrәfdaşlıqlar üçün strategiyalar, müxtәliflik, texnologiya, marketinq" mövzusunda konfrans işə başlayıb.

    "Report"un məlumatına görə, konfransda EANA-nın üzvü olan Azәrbaycan Dövlәt İnformasiya Agentliyinin - AZӘRTAC-ın baş direktoru Aslan Aslanov vә agentliyin sosial şәbәkәlәr vә informasiya resursları ilә iş şöbәsinin müdiri də iştirak edirlər.

    Konfransın açılışında çıxış edәn EANA-nın prezidenti, Böyük Britaniyanın Press Associtaion agentliyinin baş icraçı direktoru Klayv Marşal müasir media qarşısında duran çağırışlardan danışıb. O qeyd edib ki, rәqәmsallaşma dövründә xәbәr agentliklәri sosial medianın sürәtli inkişafı, müәllif hüquqlarının qorunması, rәqәmsal reklam yayımının artması kimi mәsәlәlәrә diqqәt yetirmәlidir.

    "Storyful" platformasının baş redaktoru Eyn Kerr sosial şәbәkәlәrdә yayılan mәlumatları xәbәrә çevirmәk üçün tәtbiq edilәn yeni üsullardan bəhs edib. Onun sözlәrinә görә, sosial mediada insanların paylaşdığı mәlumatları informasiya kimi tәqdim etmәk mümkündür vә yeni yaradılan platformada әn aktual xәbәrlәr toplanır.

    ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti vә baş redaktoru Lu Ferrara xәbәr toplanması vә bu istiqamәtdә yeni texnologiyaların istifadәsi yollarına diqqәt çәkib, tәmsil etdiyi agentliyin müvafiq tәcrübәsini bölüşüb.

    Tәdbirdә Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev, BBC News-un baş redaktoru İnqa Tordar, Press Association agentliyinin әmәliyyat müdiri Endryu Douset jurnalistikanın yeni istiqamәtlәri, trafikin idarә olunması mәsәlәlәrindәn danışıblar.

    Konfrans işini davam etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi