Ali Məhkəmənin sədri KİV rəhbərləri ilə görüşüb - FOTO

Ali Məhkəmənin sədri KİV rəhbərləri ilə görüşüb - FOTO Bakı. 16 noyabr. REPORT.AZ/ Ali Məhkəmənin sədri Ramiz Rzayev KİV rəhbərləri ilə görüşüb.
Media
16 Noyabr , 2018 16:51
Ali Məhkəmənin sədri KİV rəhbərləri ilə görüşüb - FOTO
Report

Bakı. 16 noyabr. REPORT.AZ/ Ali Məhkəmənin sədri Ramiz Rzayev KİV rəhbərləri ilə görüşüb.

"Report"un xəbərinə görə, Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən R.Rzayev məhkəmə-media münasibətlərindən danışıb.

O qeyd edib ki, məhkəmələr media qurumları ilə əməkdaşlıqda maraqlı olmalıdır.

Həmçinin R.Rzayev bildirib ki, məhkəmə cəmiyyətdə tarazlığın qorunmasına xidmət edir və dövlət maraqlarını müdafiə edən icra hakimiyyətindən fərqlənir: "Azad mətbuat demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır. Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir. Məhkəmə qəbul etdiyi qərarlarının ictimaiyyətə çatdırılmasında maraqlıdır və bu prosesin reallaşması üçün media ilə əməkdaşlıq zəruridir".

R.Rzayev söyləyib ki, Ali Məhkəmə mətbuatla əməkdaşlıq edir və bunun üçün mətbuat katibi var.

Daha sonra tədbirdə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib. O deyib ki, Ali Məhkəmə daim kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib, məhkəmə-media münasibətlərində ortaya çıxan problemlərin həlli ilə bağlı müzakirələr aparılıb.

Ə.Amaşov təklif edib ki, media qurumlarının rəhbərləri məhkəmələrlə işləyən jurnalistlərin koordinatlarını Mətbuat Şurasına təqdim etsin və həmin jurnalistlər üçün məhkəmələrdə seminarlar təşkil olunacaq.

Görüşdə Mətbuat Şurasının üzvləri və KİV rəhbərləri də çıxış ediblər. KİV rəhbərləri jurnalistlərin məhkəmə binalarına buxarılmasında problemlərin olduğunu, məhkəmələrdə mətbuat xidmətlərinin olmadığını deyiblər. Onlar bu problemlərin qısa zamanda həll olunmasını istəyiblər.

Ali Məhkəməni sədri R.Rzayev KİV rəhbərlərinin sullarını cavablandırıb və qısa zamanda bunların həll olunacağını söyləyib.

Tədbirdən sonra görüş iştirakçıları Ali Məhkəmənin inzibati binası və qurumun iş fəaliyyəti ilə tanış olublar.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi