Yuxarı

Ali Məhkəmənin sədri: “Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”

​Ali məhkəmə sədri: “Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyə
© Report/ Firi Salim — Ali Məhkəmənin sədri Ramiz Rzayev

“Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”.

“Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər. Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclasdır”, - R.Rzayev əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi