Yuxarı
    Bağlamaq

    AFFA və KİVDF-nin birgə keçirdiyi jurnalist müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Müsabiqə AVRO-2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti mövzusunda olub

    Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün AFFA və Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə keçirdiyi "AVRO-2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazı müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov müsabiqəyə 22 iyul Milli Mətbuat günündə start verildiyini xatırladıb.

    O bildirib ki, məqsəd 2020-ci il Avropa çempionatının final mərhələsinə namizədliyini irəli sürən Bakı şəhərinə mətbuatın da dəstəyini nümayiş etdirməkdən ibarət olub.

    KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqəyə 24 yazının təqdim olunduğunu və 3 ekspert tərəfindən qiymətləndirildiyini vurğulayıb. 1-ci yer 1000 manat, 2-si olmaqla 2-ci yer 800 manat, 3-ü olmaqla 3-cü yer 600 manat, eləcə də hərəsi 200 manat olmaqla 10 həvəsləndirici mükafat nəzərdə tutulub. V.Səfərli müsabiqəyə həm də siyasi uğur kimi yanaşılmamasını əsas çatışmazlıq kimi vurğulayıb.

    Ekspertlərdən Məzahir Süleymanzadə isə bəzi yazılarda məsələlərin məğzinin açılmadığını və Bakının qələbəsindən məmnunluq hissinin elə də yüksək səviyyədə əksini tapmadığını söyləyib.

    Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi