​ABŞ Ukrayna hökumətini “Mirotvorets”in jurnalistlərlə bağlı qalmaqallı nəşrini pisləməyə çağırıb

​ABŞ Ukrayna hökumətini “Mirotvorets”in jurnalistlərlə bağlı qalmaqallı nəşrini pisləməyə çağırıb Amerikalı səfir sözügedən saytı cəfəngiyyat adlandırıb
Media
29 May , 2016 11:58
​ABŞ Ukrayna hökumətini “Mirotvorets”in jurnalistlərlə bağlı qalmaqallı nəşrini pisləməyə çağırıb

Bakı. 29 may. REPORT.AZ/ ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett daxili işlər naziri Arsen Avakova müraciət edərək “Mirotvorets” saytının qondarma “DXR”da akkreditə olunan jurnalistlər haqqında məlumatla bağlı nəşrini pisləməyi xahiş edib.

“Report” xəbər verir ki, bu barədə "Radio Svoboda" məlumat yayıb.

Bununla yanaşı amerikalı səfir sözügedən saytı cəfəngiyyat adlandırıb.

"Bu qeyri-hökumət təşkilatıdır, ya cəfəngiyyatdır, nədir. Onun bəzən həyatlarını riskə ataraq Ukraynanın şərqində işləyən peşəkar jurnalistlərə hansı ziyanı vurduqlarını təsvir etmək üçün diplomatik söz belə tapa bilmirəm", – deyə Payett bildirib.

Səfir Avakov və hökumətin peşəkar jurnalistləri zərbə altına qoyan insanları pisləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, “Mirotvorets”in nəşr etdiyi qalmaqallı siyahıda Azərbaycan da daxil olmaqla 59 ölkədən 293 jurnalistin adı və onların haqqında şəxsi məlumatlar var.

Həmçinin akkreditə olunmuş jurnalistlər arasında məşhur CNN, CBS, “Deutsche Welle” və s. bu kimi nəşrlərin nümayəndələrinin də adı keçir.

Bu siyahıda jurnalistlərin mobil telefon nömrələri və poçt ünvanları ilə yanaşı, onların ev ünvanları da yer alıb.

Son xəbərlər

Orphus sistemi