“ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil olunub

“ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil olunub Şəki. 22 noyabr. REPORT.AZ/ “ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil olunub.
Media
22 Noyabr , 2018 14:49
“ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil olunub

Şəki. 22 noyabr. REPORT.AZ/ “ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, media nümayəndələri müəssisə ilə yaxından tanış olublar.

Bildirilib ki, “ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğunun ərazisində Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bina 1867-ci ildə tikilib, tarix-memarlıq abidəsidir və 2018-ci ildə “ABAD” və “Paşa Holding”in əməkdaşlığı sayəsində bərpa edilib. Mərkəzin məqsədi ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Keramika dünyada xalqların oturaq həyata keçməsinin təcəssümüdür. Bütün sivilizasiyaların qədimliyi keramika ilə ölçülür. Keramika, ilk növbədə, qida ehtiyatlarının, toxumların və digər əşyaların saxlanması üçün istifadə olunub, bu da yalnız qədim dövrlərdə insanların məskunlaşdığı, yurd saldığı məkanlarda baş verib. Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb. IX əsrdə isə Şəki artıq yalnız öz xalça və şirniyyatı ilə deyil, keramikası ilə də dillər əzbəri olub. Sənətin inkişafına yerli yağlı gil yataqlarının mövcüdluğu böyük təkan verib.

Müəssisədə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər keçirilir. Məqsəd isə yeni sənətkarların yetişdirilməsidir. Vətəndaşların xidmətinə nəzəri və tətbiqi kurslar, sobalar, avadanlıqlar və digər materiallar təqdim edilib. Evlərində şəraiti olmayan vətəndaşlar Mərkəzin bütün xidmətlərindən istifadə edə bilərlər. Eyni zamanda digər bölgələrdən gələnlərə Mərkəzin nəzdindəki “Qonaq zonası”nda kurs zamanı ödənişsiz gecələmək üçün şərait yaradılıb. Mərkəz və “ABAD” vasitəsilə bacarıqlarını artıran vətəndaşların əl işlərinin satışından gələn gəlirləri bank hesabına köçürülür. Bu həm əhalinin sosial rifahının yüksəlməsinə, həm də özünüməşğulluq proqramının inkişafına müsbət təsir göstərir.

Son xəbərlər

Orphus sistemi