Zərdabda Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü qeyd olunub

Zərdabda Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü qeyd olunub Zərdab rayonunda Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümümünasibətilə tədbir keçrilib.
Media
22 İyul , 2020 18:05
Zərdabda Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü qeyd olunub

Video əlavə olunub

15:33

Zərdab rayonunda Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü münasibətilə tədbir keçrilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın işçiləri, idarə və müəssisələrin rəhbərləri, elm və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri karantin rejiminin qaydalarına əməl olunmaqla bir araya gəliblər.

Açıq hava şəraitində baş tutan tədbirdə əvvəlcə Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

Tədbirdə Azərbaycan milli mətbuatının 145 il ərzində keçdiyi fəaliyyət yolu barədə iştirakçılara məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda 145 il bundan öncə, yəni 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi və yaxın silahdaşlarının səyləri nəticəsində ilk milli mətbu orqanımız olan “Əkinçi” qəzeti nəşrə başlayıb. Bu səbəbdən iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi