Yunanıstan səfiri “Report” İnformasiya Agentliyinin qonağı olub

Yunanıstan səfiri “Report” İnformasiya Agentliyinin qonağı olub Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos “Report” İnformasiya Agentliyinin qonağı olub.
Media
6 Dekabr , 2021 13:35
Yunanıstan səfiri “Report” İnformasiya Agentliyinin qonağı olub

Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos “Report” İnformasiya Agentliyinin qonağı olub.

İnformasiya agentliyinin direktoru Fuad Hüseynəliyev agentliyin fəaliyyəti və strukturu haqqında ətraflı məlumat verərək, xarici KİV ilə beynəlxalq informasiya əməkdaşlığını genişləndirmək niyyətini ifadə edib.

F.Hüseynəliyev noyabrın 24-də “Report” ilə Ukraynanın Müstəqil Xəbərlər İnformasiya Agentliyi (UNİAN) arasında məlumat mübadiləsi sahəsində əməkdaşlıq sahəsində memorandum imzalandığını deyib.

Səfir Nikolaos Piperiqkos KİV arasında əməkdaşlığın Azərbaycan və Yunanıstan arasında münasibətlərin möhkəmlənməsinə töfhə verdiyini qeyd edərək, Yunanıstanın informasiya agentlikləri ilə “Report” arasında bu cür razılaşmaların imzalanacağına ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi