Xarici media "Report" İnformasiya Agentliyinə istinad edir

Xarici media "Report" İnformasiya Agentliyinə istinad edir "Report" bir çox ölkələrin nüfuzlu nəşrlərinin istinad mənbəyinə çevrilib.
Media
3318
9 Oktyabr , 2020 09:30
Xarici media Report İnformasiya Agentliyinə istinad edir

Sentyabrın 27-dən başlayaraq Ermənistanın növbəti təxribatına cavab olar Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatı uğurla davam edir. Keçən dövr ərzində münaqişə və ətrafında baş verənlər xarici KİV-in diqqət mərkəzindədir.

“Report” İnformasiya Agentliyi döyüş əməliyyatlarının aktivləşdiyi ilk gündən yerli və xarici auditoriyanı dəqiq, ətraflı məlumatlandırmaq üçün Azərbaycan, rusingilis dillərində operativ xəbərlər istehsal edərək, bir çox ölkələrin nüfuzlu nəşrlərinin istinad mənbəyinə çevrilib.

Münaqişənin aktiv fazaya keçməsini ən yaxından izləyənlər sırasında Rusiya mətbuatı xüsusi yer tutur. Qonşu ölkənin “Vedomosti”, “RBC”, “Exo Moskvı”, “Regnum” və digər media orqanları da son həftələrdə “Report”un xəbərlərindən istifadə edib.

Öz ərazisində münaqişə ilə üzləşən Ukrayna mətbuatı da Qarabağ müharibəsini diqqət mərkəzində saxlayır. Bu ölkənin televiziya kanalları, saytonlayn jurnallarında “Report” İnformasiya Agentliyinin vebresursu olan "Report.az"da dərc edilən yazılar istinadla verilir.

Nəzərə alsaq ki, bu gün Qarabağ dünyanın ən qaynar nöqtəsidir, regiona aid olmayan ölkələrin də mətbuatı münaqişəyə geniş yer ayırır.

Ermənistan terrorçularının beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, döyüş bölgələrindən kənarda yerləşən şəhərləri ağır silahlardan atəşə tutması ilə bağlı çoxsaylı xəbərlər və reportajlar da beynəlxalq mətbuatda “Report.az”a istinadla dərc olunur.

Həmçinin Rusiya, Ukrayna və Belarusun bir sıra disput portallarında aparılan müzakirələrdə də etibarlı mənbə kimi “Report”un dərc etdiyi yazılar şərh edilir.

Son xəbərlər

Orphus sistemi