"Unikal" 13 yaşını qeyd edir

"Unikal" 13 yaşını qeyd edir Bu gün "Unikal" qəzeti və "Unikal.az" xəbər portalının fəaliyyətə başladığı gündür.
Media
6 İyun , 2023 13:35
Unikal 13 yaşını qeyd edir

Bu gün "Unikal" qəzeti və "Unikal.az" xəbər portalının fəaliyyətə başladığı gündür.

"Report" xəbər verir ki, media subyektlərinin fəaliyyətə başlamasından 13 il ötür.

Belə ki, ilk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gələn "Unikal" qəzeti Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən maliyyələşir və layihə icra edir.

Unikal.az xəbər portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlərlə çıxır.

Hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir. Sayt Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.

“Report” İnformasiya Agentliyi “Unikal”da çalışan əməkdaşları təbrik edir, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır!

Son xəbərlər

Orphus sistemi