Türk Şurası ölkələrinin jurnalistləri Füzulidə minatəmizləmə işləri ilə tanış olublar

Türk Şurası ölkələrinin jurnalistləri Füzulidə minatəmizləmə işləri ilə tanış olublar Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Füzuli rayonunda səfərdədirlər.
Media
192
31 Avqust , 2021 12:17
Türk Şurası ölkələrinin jurnalistləri Füzulidə minatəmizləmə işləri ilə tanış olublar

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Füzuli rayonunda səfərdədirlər.

“Report”un Füzuliyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, xarici KİV nümayəndələri rayon ərazisində aparılan minatəmizləmə işləri ilə tanış olublar.

ANAMA-nın əməkdaşı Natiq Əsədov səfərdə iştirak edən jurnalistlərə açıqlamasında bildirib ki, Füzuli rayonunun Qarğa bazarı adlanan ərazisində 3 üsulla minatəmizləmə əməliyyatları aparılır: “Hazırda Füzuli rayonundan Cəbrayıl rayonuna gedən yolun təmizlənməsi həyata keçirilir. İndiyədək ərazidə 174 ədəd aşağı və yuxarı çaplı hərbi sursatlar aşkar olunub. Hazırda ərazilərin minalardan təmizlənməsi əməliyyatları davam edir. Hesab edirəm ki, 12 km uzunluğunda olan yolun minatəmizləmə işləri bir həftəyə yekunlaşdırılacaq.

Onun sözlərinə görə, ermənilər müharibə zamanı məğlub olaraq bu ərazilərdən çəkildikcə məqsədli şəkildə ərazilərə minalar basdıraraq müxtəlif tələlər qurublar: “Bizim məqsədimiz əraziləri minalardan tam təmizləmək və Azərbaycan vətəndaşlarının bu ərazilərə tam təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir”.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşlarının işğaldan azad olunmuş ərazilərə səfəri “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.

Daha sonra isə xarici KİV nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl rayonuna və Şuşa şəhərinə səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi