TRT azərbaycanlı məktəblilər üçün jurnalistika üzrə kurs təşkil edir

TRT azərbaycanlı məktəblilər üçün jurnalistika üzrə kurs təşkil edir Türkiyənin TRT telekanalı “Gənclər üçün jurnalistika” layihəsi çərçivəsində Bakı Türk Anadolu Liseyinin şagirdləri üçün jurnalistika üzrə onlayn kurs keçir
Media
4 Fevral , 2021 15:51
TRT azərbaycanlı məktəblilər üçün jurnalistika üzrə kurs təşkil edir

Türkiyənin TRT telekanalı “Gənclər üçün jurnalistika” layihəsi çərçivəsində Bakı Türk Anadolu Liseyinin şagirdləri üçün jurnalistika üzrə onlayn kurs keçir.

“Report” telekanala istinadən xəbər verir ki, “Gənclər üçün jurnalistika” proqramı 2017-ci ildə TRT-nin nəzdində “Müsbət dəyişiklikləri dəstəkləyək” şüarı ilə başladılan “TRT World Citizen” sosial təşəbbüsünün bir hissəsidir.

Məlumata görə, cari ildə treninqlər virtual rejimdə keçirilir.

Azərbaycanlı məktəblilər üçün üçüncü dəfə keçirilən onlayn proqram bu gün və sabah gerçəkləşəcək. Onlayn proqramda yaşı 16-dan 18-dək 30 gənc iştirak edəcək. Treninqin ilk günündə öyrəncilər “A”dan “Z”yə jurnalistika”, “Heykayə anlatmaq”, “Sahədə fəaliyyət” və “Mobil jurnalistika” kimi mövzularda təlim keçiriləcək.

Qeyd edək ki, “Gənclər üçün jurnalistika” layihəsi ikigünlük təhsil proqramıdır. Onun məqsədi yuxarı siniflərin bu sahə üzrə marağını təmin etmək və onlara öz hekayələri anlatmaq şəraiti yaratmaqdır.

İlin əvvəlindən proqram çərçivəsində TRT-nin mütəxəssisləri iki liseydə onlayn rejimdə təlim keçiblər.

Son xəbərlər

Orphus sistemi