Telekanallarda ədəbi dilin pozulmasına görə cərimələr tətbiq ediləcək

Telekanallarda ədəbi dilin pozulmasına görə cərimələr tətbiq ediləcək Bunu Sevinc Əliyeva deyib
Media
314
12 Mart , 2021 17:24
Telekanallarda ədəbi dilin pozulmasına görə cərimələr tətbiq ediləcək
Sevinc Əliyeva
0 : 00
0 : 00

"Təəssüf ki, hazırda televiziya məkanında ədəbi dilin fonetik, leksik, qrammatik normalarına da əməl olunmur".

Bunu "Report"a açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.

"Yerli-yersiz alınma sözlərdən istifadə, cümlədə söz sırasının pozulması halları var və bu da aparıcıların nitqində ciddi və yolverilməz məsələdir. Biz də monitorinq mərkəzi olaraq, bu məsələlərlə bağlı tövsiyə və təkliflərimizi hazırlayır, müşahidələr aparır və xəbərdarlıq olunmaqla dövlət başçısının təsdiq etdiyi kimi cərimələr nəzərdə tutulur", - o bildirib.

Son xəbərlər

Orphus sistemi