Teleradio Akademiyası Report Media Məktəbi ilə birgə layihə reallaşdıracaq

Teleradio Akademiyası Report Media Məktəbi ilə birgə layihə reallaşdıracaq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyası və “Report” İnformasiya Agentliyinin “Media məktəbi” birgə layihə reallaşdıracaq.
Media
234
17 İyun , 2021 13:07
Teleradio Akademiyası Report Media Məktəbi ilə birgə layihə reallaşdıracaq
0 : 00
0 : 00

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyası və “Report” İnformasiya Agentliyinin “Media məktəbi” birgə layihə reallaşdıracaq.

Qarşılıqlı razılıq əsasında təşkil olunacaq təlim və seminarlarda hər iki qurumun nümayəndələri ilə birgə ölkədə fəaliyyət göstərən digər media orqanlarının əməkdaşları da iştirak edəcək. Tədris müddətində müəllim-tələbə mübadiləsinin təşkil edilməsi, media sahəsində praktik bilik və bacarığın artırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Report”un əməkdaşları, Report Media Məktəbinin tələbələri üçün Teleradio Akademiyasında təhsil almaq, Akademiyanın məzunları üçün “Report”da təcrübə keçmək, vakansiya olduğu təqdirdə işə qəbul olunmaq imkanı yaradılacaq.

Son xəbərlər

Orphus sistemi