Telekanal rəhbərləri üçün yeni “Media haqqında” qanun layihəsinin təqdimatı keçirilib

Telekanal rəhbərləri üçün yeni “Media haqqında” qanun layihəsinin təqdimatı keçirilib Milli Televiziya və Radio Şurası və Medianın İnkişafı Agentliyi ümumölkə televiziya kanallarının rəhbərləri üçün yeni "Media haqqında" qanun layihəsinin təqdimatını həyata keçirmişlər. Tədbiri giriş nitqi ilə açan Milli Televiziya və Radio Şurasının sədri
Media
209
2 İyul , 2021 16:48
Telekanal rəhbərləri üçün yeni “Media haqqında” qanun layihəsinin təqdimatı keçirilib

Milli Televiziya və Radio Şurası və Medianın İnkişafı Agentliyi ümumölkə televiziya kanallarının rəhbərləri üçün yeni "Media haqqında" qanun layihəsinin təqdimatını həyata keçirib.

"Report" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbir iştirakçılarını salamlamış və media sahəsində son zamanlar aparılan islahatlardan danışıblar.

Daha sonra Medianın İnkişafı Agentliyinin departament müdiri Rəqsanə Kərimova və Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Fazil Novruzov "Media haqqında" qanun layihəsi ilə bağlı təqdimatlarla çıxış ediblər.

Təqdimatlardan sonra qanun layihəsinin müxtəlif bəndləri ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib.

Televiziya kanallarının rəhbərləri bu tədbirin keçirilməsi və qanun layihəsinin belə geniş müzakirəyə çıxarılmasından məmnunluq ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi