Tbilisidə Cənubi Qafqaz media konfransı keçirilir - FOTO

Tbilisidə Cənubi Qafqaz media konfransı keçirilir - FOTO Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda XVI Cənubi Qafqaz media konfransı keçirilir.
Media
9 Oktyabr , 2019 09:47
Tbilisidə Cənubi Qafqaz media konfransı keçirilir - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda XVI Cənubi Qafqaz media konfransı keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, tədbiri ATƏT-in Media Azadlığı Ofisi təşkil edib.

İki gün davam edəcək konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan olan nümayəndələr mediada normativ-hüquqi bazalar, əməyin təhlükəsizliyi və yeni media texnologiyaları ilə bağlı məsələləri müzakirə edəcəklər. Toplantıda regionda media azadlığı, informasiyanın keyfiyyəti, jurnalistlərin təhlükəsizliyi, media azadlığı və plüralizmi mövzularına həsr olunan dörd panel sessiyası təşkil olunacaq.

Azərbaycanı regional konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, müstəqil jurnalistlər və media ekspertlər təmsil edirlər. 

Son xəbərlər

Orphus sistemi