Şirməmməd Hüseynov “Şərəf” ordeni ilə təltif edilib

Şirməmməd Hüseynov “Şərəf” ordeni ilə təltif edilib Fikrət İsmayılova isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib
Media
16 Dekabr , 2014 19:39
Şirməmməd Hüseynov “Şərəf” ordeni ilə təltif edilib

Bakı. 16 dekabrş REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Şirməmməd Ağaməhəmməd oğlu Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, Ş.Hüseynov Azərbaycanda jurnalist kadrların hazırlanmasında xidmətlərinə görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Fikrət İsmayıl oğlu İsmayılova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi