“Şirməmməd Hüseynov mükafatı”nın təqdimatı gələn il keçiriləcək

“Şirməmməd Hüseynov mükafatı”nın təqdimatı gələn il keçiriləcək Tərəfsiz Jurnalistlər Birliyi (Parlament) ötən il elan etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın təqdimatı təxirə salınıb.
Media
9 Dekabr , 2020 14:46
“Şirməmməd Hüseynov mükafatı”nın təqdimatı gələn il keçiriləcək
Şirməmməd Hüseynov

Tərəfsiz Jurnalistlər Birliyi (Parlament) ötən il elan etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın təqdimatı təxirə salınıb.

"Report" xəbər verir ki, bununa bağlı “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy mətbuata verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, mükafatın təqdimat mərasiminin Şirməmməd Hüseynovun doğum günündə - 17 dekabrda keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən qərarı reallaşdırmaq mümkün olmayacaq: “Hələ yay aylarında elan etdiyimiz kimi, “Şirməmməd Hüseynov mükafatı”nın ilk qalibi böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbov elan olunub. Əvvəlcə mükafatın Milli Mətbuat günündə təqdim edilməsini planlaşdırsaq da, Şirməmməd müəllimin ailə üzvlərinin təklifi əsasında təqdimat üçün böyük ziyalımızın doğum gününü seçdik. Ancaq bütün dünyada, həmçinin ölkəmizdə koronavirus təhlükəsinin yaratdığı reallıqlar və dövlətimizin qəbul etdiyi qərarlar, mövcud məhdudiyyətlər nəzərdə tutduğumuz tədbirin keçirilməsinə imkan vermir. Bu mənada həm Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər xanımla, həm də mükafatın qalibi Ramiz müəllimlə əlaqə yaratdıq. Onların hər ikisi fikirlərimizi anlayışla qəbul etdilər və mükafatın təqdimat mərasiminin ertələnməsinə razılıqlarını bildirdilər. Yeri gəlmişkən, Ülkər xanım Şirməmməd müəllimin anadan olmasının 96-cı ildönümü münasibətilə gözəl bir kitab üzərində işləyir”.

E.Paşasoyun sözlərinə görə, hazırda Moskvada yaşayan R.Abutalıbov 2021-ci ilin may ayında Azərbaycana gəlməyi planlaşdırdığını deyib: “Biz də düşünürük ki, o vaxtadək koronavirus bəlası başımızın üstündən yox olub gedər və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümündə Cümhuriyyət sevdalı ziyalımızın adına olan mötəbər mükafatı böyük ziyalımıza təqdim edərik”.

Son xəbərlər

Orphus sistemi