“Şərq qapısı” qəzetinin bir qrup əməkdaşı təltif edilib

“Şərq qapısı” qəzetinin bir qrup əməkdaşı təltif edilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də "Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında" sərəncam imzalayıb.
Media
17 Dekabr , 2021 12:20
“Şərq qapısı” qəzetinin bir qrup əməkdaşı təltif edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də "Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında" sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə Səbuhi Elşad oğlu Həsənov və Muxtar Məmməd oğlu Məmmədov “Əməkdar jurnalist” fəxri adı ilə təltif edilib.

Bundan başqa, Çingiz Cəfər oğlu Ağayev, Esmira Salman qızı Heydərova, Şərəf Nağı qızı Mənsumova və Əsədulla Müqəddəs oğlu Səfərov "Rəşadətli əməyə görə” nişanı ilə mükafatlandırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 1 iyun 2021-ci il tarixində “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” sərəncam imzalayıb. Təltif edilən media nümayəndələri “Şərq qapısı” qəzetinin və "Əcəmi" Nəşriyyat - Poliqrafiya Birliyinin əməkdaşlarıdır.

Son xəbərlər

Orphus sistemi