Səfir: "KİV günahkarı günahsız, günahsızı isə günahkar kimi qələmə verə bilər"

Səfir: "KİV günahkarı günahsız, günahsızı isə günahkar kimi qələmə verə bilər" Husnan bəy Fanani: "İslam dininin üstünlüklərindən faydalanaraq iqtisadi fəallığa nail olmaq olar"
Media
3 Oktyabr , 2016 11:28
Səfir: KİV günahkarı günahsız, günahsızı isə günahkar kimi qələmə verə bilər

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Bu gün kütləvi informasiya vasitələrinin əlində elə bir güc var ki, onlar günahkarı günahsız, günahsızı isə günahkar kimi qələmə verə bilərlər".

"Report" xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fanani Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ilk növbədə mənfi və müsbət nəticəli yazıların cəmiyyətdə özünü necə təcəsüm edəcəyini bilmək lazımdır: "KİV hökumətin fəaliyyətini düzəltmək vəzifəsini də daşıyır. Ona görə də hər bir ölkənin inkişafı mətbuatın inkişafından keçir. KİV demokratiyanın onurğa sütunudur".

Səfir qeyd edib ki, bu gün dünyada İslam jurnalistliyinə böyük hörmət bəslənilməsi vacibdir: "İndoneziya dini demokratik dəyərlər sistemində yaşayır. Əsaslandırılmış dəlilləri cəmiyyətə çatdıraraq İslamın ölkələrə yardım və töhfə verməsini görürük. İndoneziya 20 nəhəng ölkələr sırasındadır. İslam dininin üstünlüklərindən faydalanaraq iqtisadi fəallığa nail olmaq olar".

Son xəbərlər

Orphus sistemi