Bakı. 26 noyabr. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov və səfirliyin press-attaşesi Ayla Məmmədova "Report" agentliyində olub.
Əvvəlcə qonaqlar agentliyin müxtəlif şöbələrinin iş fəaliyyəti ilə tanış olublar.
Həmçinin agentliyin baş redaktoru Murad Əliyev və xarici siyasət şöbəsinin əməkdaşları ilə görüş keçirilib. M.Əliyev agentliyin iş prinsipləri barədə geniş məlumat verib. KİV-in fəaliyyəti, bu sahədə əməkdaşlığın fəallaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
A.Barkov oxuculara cəmiyyətin müxtəlif aspektləri - sosial, mədəniyyət, iqtisadiyyat sahələri, eləcə də Azərbaycanla Rusiya arasındakı ikitərəfli əməkdaşlıqla bağlı informasiyaların çatdırılmasının zəruriliyini qeyd edib.




