Rusiya Ukraynanın məşhur teleaparıcısını terrorçular siyahısına salıb

Rusiya Ukraynanın məşhur teleaparıcısını terrorçular siyahısına salıb Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti ukraynalı jurnalist Dmitro Qordonu ekstremist fəaliyyətdə və ya terrorizmdə iştirakı barədə məlumat olan şəxslər və təşkilatlar siyahısına daxil edib.
Media
6 aprel 2022 11:41
Rusiya Ukraynanın məşhur teleaparıcısını terrorçular siyahısına salıb

Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti ukraynalı teleaparıcı Dmitro Qordonu ekstremist fəaliyyətdə və ya terrorizmdə iştirakı barədə məlumat olan şəxslər və təşkilatlar siyahısına daxil edib.

“Report” “Interfax”a istinadən xəbər verir ki, jurnalistin adı siyahıya bu gün əlavə olunub.

Bundan əlavə, qurum ukraynalı digər jurnalist, əslən əfqan olan Fəxrəddin Şərəfmalı da siyahıya salıb.

Qanuna əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və onlara xidməti dayandırır.

Son xəbərlər

Orphus sistemi